Ağstafada İsmayılovlar ailəsi yeganə övladlarını itiriblər.
Xezerxeber.az-ın məlumatına görə, iki yaş yarımlıq olan Gülxar İsmayılzadə temperatur və halsızlıq şübhələri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada uşağın temperaturu ölçülüb və iynə vurulub. Sonra uşaq xəstəxanadan evə buraxılıb.
Uşağın atası Sahil İsmayılov iddia edir ki, övladına ilkin tibbi yardımı xəstəxananın xadiməsi göstərib. Daha sonra uşağa xəstəxananın həkimi İradə Batıyeva baxış keçirib.
Uşaq evə gətirildikdən bir müddət sonra yenidən halı pisləşib.Təkrar xəstəxanaya çatdırılsa da, artıq balaca qızcığazın dünyasını dəyişdiyi bəlli olub.
Xəstəxana isə səsləndirilən iddiaları qəbul etmir. Bildirilib ki, uşaq valideynin təkidi ilə xəstəxanadan çıxarılıb.
Baş verənlərlə bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.