Xəzər Xəbər

MSK sədri: "Erməniəsilli Azərbaycan vətəndaşları da parlament seçkilərinə qatıla bilərlər" VİDEO

Veb TV | 19:34 • 8 Avqust 2024
MSK sədri: "Erməniəsilli Azərbaycan vətəndaşları da parlament seçkilərinə qatıla bilərlər"

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 8-də media subyektlərinin nümayəndələri üçün müşavirə keçirilib.

Xezerxeber.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK), Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən müşavirə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusuna həsr olunub.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qeyd edib ki, növbədənkənar parlament seçkilərində 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

O əlavə edib ki, azad edilmiş ərazilərdə 34 daimi seçki məntəqəsi var, əlavə 5 günlük səyyar seçki məntəqələri də yaradılacaq.

MSK sədri onu da vurğulayıb ki, erməniəsilli Azərbaycan vətəndaşları parlament seçkilərinə qatıla bilərlər.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov seçkilərin işıqlandırılmasında iştirak edən media subyektlərinə lazımi şəraitin yaradıldığına diqqət çəkib.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə qeyd edib ki, seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə üç saatdan az olmamalıdır.

Onun sözlərinə görə, təqdim edilən pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti