Xəzər Xəbər

Mövsümi meyvə-tərəvəz hələ də ucuzlaşmır VİDEO

Veb TV | 20:38 • 7 Avqust 2024
Mövsümi meyvə-tərəvəz hələ də ucuzlaşmır

Mövsümü olsa da, bəzi məhsullarda ciddi ucuzlaşma müşahidə edilmir.

Xezerxeber.az-ın məlumatına görə, ərzaq məhsulları arasında ən çox meyvə -tərəvəz bahalaşıb.

Alıcılar deyir ki, ötən illərə nisbətən bu il bazarda qiymətlər bahadır. Satıcıların sözlərinə görə isə, əsasən tərəvəzlərin qiyməti artıb.

Satıcılar deyirlər ki, əvvəlki aylara nisbətən qiymətlər tədricən enir. Yaxın günlərdə bir çox məhsulun qiymətində ucuzlaşma daha çox olacaq.

Qeyd edək ki, bazarlarda ötən ilin bu ayı pamidorun qiyməti 90 qəpiyə, xiyarın qiyməti isə 60 qəpik idi. Bu da indiki qiymətlərdən təxminən 3  dəfə ucuz deməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti