Bankdan onlayn yolla kredit götürən şəxsin pulu kartından oğurlanıb.
Xezerxeber.az-ın məlumatına görə, İsmayıllı rayon sakini Zaur Talıbov iddia edir ki, kartına müdaxilə edilib.
Zaur Talıbovun iddiasına görə, o, bir müddət əvvəl bankların birindən 1823 manat kredit götrüb. Zaurun şəxsi kartında əlavə 447 manat da olub. Sonradan kartdan bütün pullar çıxarılıb.
Zərərçəkmiş qeyd edir ki, o, bu haqda aidiyyəti üzrə müraciət edib. Eyni zamanda pulun köçürüldüyü digər kartın kodlarını da təqdim edib.
DİN-nin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov deyib ki, daxil olan məlumatla əlaqədar araşdırma aparılır.
O qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müvafiq sorğular göndərilib. Əməli törədən şəxs və şəxlərin müəyyən olunması istiqamətində tədbirlər görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.