Xəzər Xəbər

Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəstdir VİDEO

Veb TV | 21:27 • 7 Avqust 2024
Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəstdir

Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir.

Xezerxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, valideynin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər.

Vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədilə vətəndaşlar ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən 135 satış məntəqəsinə müraciət edə bilərlər.

Satış yerləri barədə edu.gov.az saytında ünvanlar qeyd olunub. 

Nurlan İsmayılbəyli, müəllimlərin vahid məktəbli formasına keçməsi barədə isə hansısa qərarın olmadığını vurğulayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti