Xəzər Xəbər

Xırdalanda evlər bahalaşıb VİDEO

Veb TV | 20:22 • 7 Avqust 2024
Xırdalanda evlər bahalaşıb

Abşeron rayonu, Xırdalan şəhərində evlər bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, rieltorlar deyirlər ki, mənzillərin qiymətində təxminən 5-10 min manat arası artım var.

Onların sözlərinə görə, tikinti materiallarının bahalaşması, eyni zamanda, paytaxtın bir sıra ərazilərində söküntü işlərinin aparılması Xırdalan şəhərində də daşınmaz əmlak bazarına təsir göstərib.

Sakinlər də qiymət artımını təsdiqləyirlər.

Rieltorlar deyirlər ki, Xırdalanda kirayə ev üçün müraciət edənlər də çoxdur. Əvvəllər 300-350 manata kirayə verilən evlər indi 400-450 manata təklif edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar