İki aydan çox idi ki, hərəkətin təşkilində edilən bəzi dəyişikliklər ləğv edilib.
Xezerxeber.az-ın məlumatına görə, bir müddət əvvəl ''Cavanşir'' körpüsünün üzərində nəqliyyatın hərəkəti məhdudlaşandan sonra Nizami, Sabit Orucov və Kövkəb Səfərəliyeva küçələrində hərəkət istiqamətləri dəyişdirilmişdi.
Həmin vaxt sıxlığın qarşısını almaq məqsədilə Nizami küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri də məcburi olaraq Kövkəb Səfərəliyeva küçəsi istiqamətdə hərəkət edirdilər. Yeni yolun açılması ilə burda da hərəkət dəyişdirilib.
Qeyd edək ki, artıq həmin yolda bütün nişanlar yenindən qoyulub. Qaydaları pozan sürücülər həm xüsusi texniki vasitələrin köməyi ilə, həm də ərazidə xidmət aparan yol polisi tərəfindən aşkar edildikdə inzibati qaydada cərimə olunacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.