Qanunsuz parklanma yerləri təşkil edənlərə qarşı əməliyyat keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, sarı jiletli şəxslər saxlanaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.
Qanunsuz parklanma yerlərini təşkil edən, yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla iki gün ərzində paytaxtın müxtəlif ərazilərində xeyli şəxs saxlanıb.
Qeyd edək ki, avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə də nəzərdə tutulub.
Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev bildirib ki, qanunsuz parklanma təşikil edən şəxslərə qarşı tədbirlər günün istənilən vəxtında şəhər ərazisində keçirilir. Xatırladaq ki, bir müddət əvvəl İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliklə qanunsuz parklanma yerləri təşkil edən şəxslərə qarşı də cərimə və cəza növü müəyyən edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.