Xəzər Xəbər

Avtomobillərin qəfildən yanmasına səbəb nədir? VİDEO

Veb TV | 21:37 • 6 Avqust 2024
Avtomobillərin qəfildən yanmasına səbəb nədir?

Qəbələdə hərəkətsiz vəziyyətdə olan avtomobil qəfildən alovlanıb.

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan həmin kardrlardan aydın olur ki, minik avtomobili yanır.

Bir neçə gün əvvəl isə Səbail rayonu ərazisində taksi yanıb. Hər iki hadisədə xəsarət alan olmayıb.

Bəs avtomobillərin xüsusən də yay aylarında yanmasına səbəb nədir?

Texniki nasazlıq, yoxsa isti hava? Avtomobil ustası Sahil Ağabəyli deyir ki, yanğınlar adətən avtomobilin elektrik naqillərinə edilən müdaxiləyə görə baş verir. Usta hesab edir ki, avtomobilə əlavə avadanlıq quraşdırıldıqda naqillər həmin yükü qaldıra bilmir, nəticədə belə hadisələr də qaçılmaz olur.

Usta deyir ki, çox nadir hallarda yanacaq sistemindən mühərrikə gedən borulardakı nasazlıq nəticəsində də yanğın ola bilər. Bu da adətən ili nisbətən köhnə olan avtomobillərdə baş verir.

Ustalar məsləhət görürlər ki, sürücülər avtomobilə əlavə avadanlıq quraşdırmasınlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar