Xəzər Xəbər

Noyabrda bəzi iş yerləri və təhsil distant formada olacaq VİDEO

Veb TV | 19:34 • 6 Avqust 2024
Noyabrda bəzi iş yerləri və təhsil distant formada olacaq

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar şagirdlər tətilə göndəriləcək, tələbələr, distant təhsilə keçəcək, bəzi dövlət qurumları isə evdən işləyəcəklər.

Xezerxeber.az-ın məlumatına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, xüsusilə dövlət qurumlarında işçilərin 70 faizinin evdən işləməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən tapşırıq verilib. Məktəblərdə isə tətil və distant təhsil olacaq.

Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, məqsəd mötəbər tədbirə ev sahibliyi edən paytaxtda sıxlığın qarşısının alınmasıdır. Bu səbəbdən də o ərəfələrdə şəhərdəki nəqliyyat axınında seyrəklik olacaq.

Ekspertin sözlərinə görə, tədbirlərlə əlaqədar yollarda sıxlıq  təxminən 30 faiz azalacaq.

Qeyd edək ki, COP29 bu ilin 11-22 noyabr tarixlərində keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar