Xəzər Xəbər

Məktəbli formaları ucuzlaşıb VİDEO

Veb TV | 21:10 • 6 Avqust 2024
Məktəbli formaları ucuzlaşıb

Yeni tədris ili ərəfəsində məktəbli formalarının qiymətində ucuzlaşma yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, məktəbəli forması almağa gələnlər hələlik azdır, amma qiymətlərdə enmə var.

Bakı Tikiş Evinin şatış müdiri Etibar Əzimov deyib ki, məktəbli formaları ötən illə müqayisədə ucuzlaşıb.

Hazırda tikiş evində Nazirlər Kabinetinin təstiqlədiyi sənədə uyğun olaraq 3 müxtəlif rəngdə vahid məktəbli formaları satılır.

Tikiş evindən o da bildirilib ki, bu il formaların yenilənməsi ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən onlara hər hansı bir məlumat daxil olmayıb.

Tikiş evi tərəfindən satılan bütün məhsullara 1illik zəmanət verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar