Xəzər Xəbər

Laçında kütləvi şəkildə piyada əleyhinə mina aşkarlanıb VİDEO

Veb TV | 23:06 • 5 Avqust 2024
Laçında kütləvi şəkildə piyada əleyhinə mina aşkarlanıb

Avqustun 5-də Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kiçik İşıqlı dağının cənub hissəsindəki dərə boşluğunda mina sahəsi aşkar edilib.

Bu barədə Xezerxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin təmizlənməsi zamanı 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli 102 ədəd piyada əleyhinə mina təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib.

Ərazinin minalardan təmizlənməsi üzrə zəruri tədbirlər davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar