Xəzər Xəbər

Bakıda sürücüsüz avtobus hərəkətə gəldi, 20-yə yaxın avtomobilə ziyan dəydi VİDEO

Veb TV | 20:21 • 5 Avqust 2024
Bakıda sürücüsüz avtobus hərəkətə gəldi, 20-yə yaxın avtomobilə ziyan dəydi

Bakıda 19 avtomobilin iştirakı ilə yol -nəqliyyat hadisəsi olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında Yeni Yasamalda, Əsəd Əhmədov küçəsində baş verib.

Yolda parkalanmış halda olan avtobus anidən hərəkətə düşərək 18 avtomobili yararsız hala salıb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzada ziyan dəyən avtomobillərdən birinin mühərrik hissəsi yanıb.

Daşıyıcı şirkətin əməkdaşı "Xəzər Xəbər"ə bildirib ki, hadisə zamanı sürücü avtobusda olmayıb.

O da bildirilib ki, qəza zamanı avtomobillərə dəyən zərər daşıyıcı şirkət tərəfindən qarşılanacaq.

Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avtobusla birlikdə 19 avtomobilə ciddi ziyan dəyib və hadisə ilə bağlı rayon polis idarəsində araşdırma aparılır.

TƏBİB-dən isə bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan üç nəfərə ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar