Xəzər Xəbər

Sosial şəbəkələrdə saxta telefon nömrələri satılır XƏBƏRDARLIQ

Veb TV | 21:50 • 5 Avqust 2024
Sosial şəbəkələrdə saxta telefon nömrələri satılır

Sosial şəbəkələrdə Tailand, İngiltərə, Hollandiya, Almaniya  və Kenyaya aid telefon nömrələri satılır.    

Xezerxeber.az-ın məlumatına görə, son vaxtlar xarici nömrələrin satışına dair elanlar çoxalıb.

Qiymətlər isə 7 -15 manat aralığında dəyişir. Nömrələri satan şəxslər hansısa məsuliyyəti üzərlərinə götürməkdən isə imtina edirlər.

İnformasiya texnologiyaları üzrə mütəxəssislərin sözlərinə görə, belə nömrələri alan şəxslər üçün problemlər yarana bilər.

Ekspertlər vətəndaşlara bu kimi hallara inanmamağı tövsiyə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar