Xəzər Xəbər

"Cavanşir" körpüsünün yerində inşa olunan yeni yolda yeniliklər tətbiq edilib VİDEO

Veb TV | 20:34 • 5 Avqust 2024
"Cavanşir" körpüsünün yerində inşa olunan yeni yolda yeniliklər tətbiq edilib

"Cavanşir" körpüsünün yerində inşa olunan və istifadəyə verilən şəhər əhəmiyyətli yeni avtomobil yolunda bir sıra yeniliklər tətbiq edilib.

Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və tıxac probleminin nisbətən azaldılması məqsədilə həmin yolda bir sıra dəyşikliklər olunub.

Nəqliyyat vasitələri ilə yanaşı piyadaların da ərazidə rahat, təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb və əlavə abadlıq işləri görülüb, münbit torpaq qatı verilərək yeni yaşıllıq əraziləri salınıb.

Bundan başqa, yan yollardan gələn nəqliyyat vasitələrinin maneəsiz Üzeyir Hacıbəyli küçəsinə rahat çıxışı üçün işıqfor quraşdırılıb.

Həmçinin ərazidə müasir işıqlandırma sistemləri qurulub. Artıq yol nişanları qoyulub və yaxın günlərdə yolda xətləmə işləri aparılacaq.

Qeyd edək ki, ərazidə salınan yeni yol dörd hərəkət zolağından ibarətdir və uzunluğu 400 metr təşkil edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024