Bakıda qonşular arasında uşaq üstündə başlayan mübahisə ağır cinayətə səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, ''Qobu-Park'' yaşayış massivində gecə saatlarında baş verib. Yaşayış massivində 35 yaşlı Bəhruz Məmmədovun öldürülməsi ilə bağlı rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal istintaq qrupu əraziyə gəlib baxış keçiriblər. Cinayəti törədən şəxsin axtarışlartına başlanılıb.
Qonşuların sözlərinə görə, qətlə yetirilən Bəhruz Məmmədov bacısının evində olub. O, həyətdə uşaqların dava etdiyinin səsini eşidib və eyvana çıxıb. Elə hadisə də bundan sonra baş verib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.