Bəzi insanlar Bakının yaşıllaşmasında geniş istifadə edilən və "söyüd gülü " kimi tanınan “oleandr”ın zəhərli olduğunu bildiriblər. Elə buna görə də həmin gülləri həyətlərində əkmirlər.
Xezerxeber.az-ın məlumatına görə, həmin gülün yarpaqları söyüd ağacına bənzəyir. İstiyə, soyuğa, susuzluğa dözümlüdür. Elə bu xüsusiyyətlərinə görə də yaşıllaşdırmada geniş istifadə olunur.
Bioloq Həsən Babayev deyir ki, bu güllər Bakıya məqsədli şəkildə gətirilib.
Alimin sözlərinə görə, dünyada, o cümlədən Azərbaycanda hələ bu güldən ölən olmayıb. O ki qaldı zəhərlənmə məsələsinə, Həsən Babayev bildirib ki, hər bir bitkinin tərkibində zərərli və zəhərli birləşmələr var. “Oleandr” da onlardan biridir.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələri yaşıllaşdırmada “oleandr” bitkisindən geniş istifadə edirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.