Xəzər Xəbər

Sumqayıtda bəzi avtobusların köhnə olması sərnişinlərin narazılığına səbəb olub VİDEO

Veb TV | 19:34 • 4 Avqust 2024
Sumqayıtda bəzi avtobusların köhnə olması sərnişinlərin narazılığına səbəb olub

Sumqayıtda fəaliyyət göstərən bəzi avtobusların istismar müddəti başa çatıb, bəziləri isə sərnişin daşımaq üçün yararsızdır.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin mərkəzindən təxminən 10 istiqamətdə hərəkət edən avtobuslar təxminən 30 ildir ki, sərnişinlərə xidmət göstərir. Həmin avtobusların hələ də istismarda olması sərnişinləri narazı salır.

Avtobuslarda kondisioner sisteminin olmaması da sərnişinlərin narazılığına səbəb olur.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, daşıyıcılar müsabiqəyə çıxarılacaq və bundan sonra köhnə avtobusların yeniləri ilə əvəzlənməsi prosesinə start veriləcək.

"Bakıkart"a keçiləndən sonra isə problem birdəfəlik həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar