Avtobus zolağına daxil olan kənar avtomobillər üçün cərimə məbləği 100 manat olandan sonra bu zolağa daxil olan digər maşınların sayı kəskin azalıb.
Xezerxeber.az-ın məlumatına görə, avtobus sürücüləri bildirirlər ki, son vaxtlar zolağ olan yollarda sıxlıqla az hallarda rastlaşırlar. Bu isə avtobusların intervalında özünü göstərir.
Elə sərnişinlər də avtobusların intervalında fərq olduğunu bildirirlər.
Fərdi avtomobil sahiblərinin fikrincə isə, paytaxtın bir çox yerində zolaqların təşkili sıxlığa səbəb olur.
Bəzi sürücülər isə avtobusların tıxaca az düşməsini avtomobillərin sayının azalması ilə əlaqələndirirlər. Dediklərinə görə, yay tətili bitdikdən sonra yollarda yenə sıxlıq olacağı ehtimal edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.