Xəzər Xəbər

İsmayıllının mərkəzində antisanitar vəziyyət hökm sürür - Sakinlər narahatdır VİDEO

Veb TV | 20:34 • 4 Avqust 2024
İsmayıllının mərkəzində antisanitar vəziyyət hökm sürür - Sakinlər narahatdır

İsmayıllı rayonu, Heydər Əliyev prospektindən keçən beton kanala axıdılan çirkab suları yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, 10 il əvvəl İsmayıllı rayonunda abadlıq- quruculuq işləri aparan zaman sözügedən betonkanal rayonu iki hisəyə bölüb və bəndin üzəri bərkidilib. Məhz bundan sonra burada iaşə obyektləri fəaliyyətə başlayıb. Elə bütün hadisələr də bundan sonra baş verib.

Sakinlər bildirirlər ki, ərazidə üfunət hər gün daha da artır, bu isə onları çıxılmaz vəziyyətə salır. Problemlə bağlı etdikləri müraciətin isə nəticəsi olmayıb.

Məsələ ilə bağlı İsmayıllı Suvarma Sistemləri İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən beton kanal idarənin balansında deyil. Buna baxmayaraq, həmin ərazi dəfələrlə təmizlənib. İsmayıllı su kanal sahəsindən isə bildirilib ki, həmin kanal qurumun balansında olmadığı üçün məsələ aidiyyəti orqanlara yönəldilib. Problemlə bağlı qısa müddətdə müvafiq tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar