Xəzər Xəbər

Kərə yağı bahalaşıb - "Qiymət artımı süni amillərlə bağlıdır" VİDEO

Veb TV | 21:05 • 4 Avqust 2024
Kərə yağı bahalaşıb - "Qiymət artımı süni amillərlə bağlıdır"

Azərbaycanda kərə yağına tələbat artıb, qüymətlər isə yüksəlib.

Azərbaycana bu ilin ilk 5 ayı ərzində 52 milyon 902 min ABŞ dolları dəyərində 10 min 189 ton kərə yağı idxal edilib.

Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3017 ton artıb.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanda yerli istehsalın olmasına baxmayaraq, bir çox istehsalçılar xammalı xaricdən gətirir. Bu məhsul İrandan 7.5 manata, Yeni Zelandiyadan 10.4 manata, Belarusdan 10.3 manata, Finlandiyadan 11.70 manata, Fransadan 12.5 manata, Almaniyadan isə 11.2 manata idxal edib. Satış məntəqələrində bir kiloqram yağın qiyməti 17-23 manata təklif edilir ki, bu da 2,3 faiz bahalaşma deməkdir.

Mövzu ilə bağlı danışan iqtisadçı Eyyub Kərimli qeyd edib ki, kərə yağınının qiymətində müşahidə olunan artım süni amillərlə bağlıdır.

Qeyd edək ki, 5 ay ərzində Azərbaycandan isə 17 milyon 656 min ABŞ dolları dəyərində 2989 ton kərə yağı da ixrac edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti