Xəzər Xəbər

Tanışlar arasında mübahisə qətllə bitdi VİDEO

Veb TV | 21:50 • 4 Avqust 2024
Tanışlar arasında mübahisə qətllə bitdi

Bakıda tanışlar arasında yaranan mübahisə qanla bitib. Hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Xezerxeber.az-ın məlumatına görə, 51 yaşlı kişini tanışı, 35 yaşlı şəxs qətlə yetirib.

Avqustun 4-də saat 1 radələrində rayon ərzisində tanışlar -51 yaşlı Ülvi Qasımovla 35 yaşlı Hikmət Muxtarovun mübahisəsi qətllə bitib.

Ölüm hadisəsi ilə bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb.

Hadisədən dərhal sonra qətli törətməkdə şübhəli bilinən Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar