Xəzər Xəbər

Abşeron sakini avtomobilini texniki baxışdan keçirə bilmir VİDEO

Veb TV | 22:50 • 3 Avqust 2024
Abşeron sakini avtomobilini texniki baxışdan keçirə bilmir

Abşeronun Məmmədli kənd sakini Süleyman Əhmədov öz avtomobilini texniki baxışdan keçirə bilmir.

Xezerxeber.az-ın məlumatına görə, o, 16 il öncə özünə şəxsi avtobil alıb, illərdir istifadə edir, ancaq indi texniki baxışdan keçirə bilmir.

Süleyman Əhmədov iddia edir ki, 2008-ci ildə Almaniyadan özünə yük avtomobili gətirib, adına rəsmləşdirib və 16 ildir istifadə edir. Ancaq son bir ildə həmin nəqliyyat vəsitəsini həyətdən çıxara bilmir. Buna səbəb avtomobilə qoyulan həbs səbəbindən onu texniki baxışdan keçirə bilməməsidir.

Süleyman Əhmədovun sözlərinə görə, texniki baxış üçün müraciət etdikdə ona bildirilib ki, nə vaxtsa Natiq Ağalarov adlı şəxsə idarəetmə üçün etibarnamə verib. Avtomobilin sahibi isə belə bir halın olmadığını deyir.

Mövcud məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, sürücü Süleyman Əhmədovun adına olan avtombilin texniki baxışdan keçməsi üçün hazırda heç bir problem yoxdur. 2018-ci ildə Natiq Ağalarov adlı şəxs etibarnamə əsasında verilən avtomobilə cərimə əsasında qoyulan həbs aradan qaldırılıb. Yəni həmin sürücü cəriməni tam ödədiyi üçün avtomobilin həbsinə xitam verilib. Süleyman Əhmədov bu və ya digər məsələrlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar