Bakıda qazanxana borularının yararsız vəziyyətə düşməsi sakinlər üçün təhlükəyə çevrilib.
Xezerxeber.az-ın məlumatına görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Deputat küçəsi 19-21 ünvanlarında yaşayan sakinlər bildirirlər ki, istismar müddətini illər əvvəl başa vurmuş qazanxananın tüstü borusu yararsızdır və hər an aşa bilər.
Sakinlər deyirlər ki, artıq bu köhnə tüstü borusuna ehtiyac da yoxdur.
Qazaxanaya nəzarət edən şəxslər isə deyiblər ki, təhlükəli vəziyyət yoxdur, sözügedən boru nəzarətdədir.
"Azəristiliktəchizat" ASC-nin rəsmisi Elvin Basqallı isə "Xəzər Xəbər"ə açıqlamasında tüstü borusunun sökülməməsinin səbəbini açıqlayıb və əlavə edib ki, qazanxana ilə birlikdə tüstü borusunun da 2028-ci ildə yenidən istifadəyə verilməsi planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.