Şirvanda ana və onun azyaşlı qızı binadan yıxılaraq ölüblər.
Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə Şirvanın Energetika-3 ünvanında baş verib.
Şirvana qonaq gələn Sabirabadın Qaratuğay kənd sakini 33 yaşlı Aygün Kərimova və onun azyaşlı qızı 5 yaşlı Zəhra Kərimova yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq ölüblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirildikdən sonra hər iki meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şirvan şöbəsinə aparılıb. Hadisənin əsl səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.
Yevlaxda da azyaşlı uşaq 3-cü mərtəbədən yıxılaraq dünyasını dəyişib.
Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. 3 yaşlı uşaq doqquzmərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.