İranda həbs edilən Fərid Səfərli özünə qapanıb, həkimin yazdığı dərmanları qəbul etməkdən imtina edir.
Bunu Fəridin anası Dilarə Əsgərova “Xəzər Xəbər”ə bildirib.
O, oğlunu 18 aydır ki, görə bilmədiyini söyləyib.
Xezerxeber.az-ın məlumatına görə, Dilarə Əsgərova deyib ki, Fərid İranda səfirliyimizin açılmağına çox sevinib, bu hal onda azadlığa çıxacağı ilə bağlı ümid yaradıb.
Fərid Səfərlinin anası oğlunun ayda bir dəfə ziyarət olunmasına şərait yaradılması üçün İrandakı Azərbaycan səfirliyinə də müraciət etdiyini bildirib.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən heç bir məlumat ala bilmədik.
Qeyd edək ki, cəsusluq ittihamı ilə həbs edilən Fərid Səfərliyə 2 il həbs cəzası verilib.19 iyul 2023 cü il tarixində keçirilən məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş "casusluq" ittihamı "casusluq etmək niyyəti" ittihamı ilə əvəz olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.