Abşeronda iki sərnişin avtobusunun toqquşması faciəyə səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Nazim Hüseynovun Bakı-Sumqayıt ekspres marşrut xətti üzrə idarə etdiyi avtobus, qarşıda gedən Adil Yunusovun idarə etdiyi avtobusla toqquşub.
Toqquşmadan sonra "İSUZU" markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Hadisə zamanı ölən şəxs 18 yaşlı Məryəm Ağayevadır. 18 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Əraziyə yol polis əməkdaşları cəlb edilib.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən 2-si reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.