İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1489 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında bildirib.
İclasda bildirilib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar indiyə qədər ümumilikdə 8825 yerli müşahidəçi qeydə alınıb. Onlardan 4622-i MSK-da, 4203-ü DSK-larda qeydə alınıb. Həmçinin qeydə alınan beynəlxalq müşahidəçilərin sayı da açıqlanıb.
O da vurğulanıb ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar ödənişli təşviqatla bağlı 54 media orqanı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Qeyd edilib ki, yaxın zamanda seçki ilə əlaqədar media mərkəzi fəaliyyətə başlayacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.