Xəzər Xəbər

Xəzərdə boğulmaların artmasının dənizdə suyun çəkilməsilə əlaqəsi var VİDEO

Veb TV | 23:42 • 1 Avqust 2024
Xəzərdə boğulmaların artmasının dənizdə suyun çəkilməsilə əlaqəsi var

Xəzərdə suyun səviyyəsində baş verən dəyişmələr dənizdə batma hadisələrinin çoxalmasının səbəblərindən biridir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya üzrə elmlər doktoru Əmir Əliyev deyib.

O bildirib ki, dənizdə suyun səviyyəsinin çəkilməsi, xüsusilə, sahil zonalarda qayaların, bataqlıqların üzə çıxmasına səbəb olur.

Onun sözlərinə görə, suyun azalması nəticəsində üzə çıxan dəniz dibi daşlarının arasında burulğanlar yaranır.

Əmir Əliyev onu da qeyd edib ki, əgər sahil dayazdırsa, orada maneələr, daşlar, dərin yerlər varsa, dalğalar özünü daha çox büruzə verir. Bu baxımdan qayalara tərəf getmək daha təhlükəlidir.

Bütün hallarda çimərliyə üz tutanlar ehtiyatlı olmalı, təhlükəsizlik qaydalarına əməl etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar