Xəzər Xəbər

Xəzər dənizindəki gəmidə yanğının söndürülməsi əməliyyatı davam etdirilir VİDEO

Veb TV | 12:44 • 1 Avqust 2024
Xəzər dənizindəki gəmidə yanğının söndürülməsi əməliyyatı davam etdirilir

Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq vasitələrlə təchiz olunmuş peşəkar yanğınsöndürənləri göyərtəyə qalxaraq bilavasitə gəminin daxili bölmələrində yanğınla mübarizə tədbirlərinə başlayıblar.

Bundan əlavə, yanğının söndürülməsi əməliyyatının fasiləsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri hadisə yerinə müvafiq vasitələrin çatdırılmasını həyata keçirir.

Xəbər lenti