Seçicilər azad edilən ərazilərdə 50-dən çox seçki məntəqəsində səs verə biləcəklər.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Kommisiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bunlardan 34-ü daimi seçki məntəqəsi olacaq.
Məzahir Pənəhov həmçinin xaricdə yaşayan Azərbaycan vətəndaşlarının səs vermək üçün sentyabrın 1-də ölkəyə gəlməli olduqlarını vurğulayıb.
MSK sədri həmçinin 1000 seçki məntəqəsində vebkameraların quraşdırıldığı və dünyanın hər yerində bu seçkiləri onlayn izləmək mümkün olacağını bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.