Xəzər Xəbər

Şəhərin mərkəzində istifadəsi dayandırılmış tikiliyə narkomanlar toplaşır – Sakinlər NARAHATDIR VİDEO

Veb TV | 21:40 • 31 İyul 2024
Şəhərin mərkəzində istifadəsi dayandırılmış tikiliyə  narkomanlar toplaşır – Sakinlər NARAHATDIR

İstifadə edilmiş şprislər, ocaq izləri...

Xezerxeber.az xəbər verir ki, tərk edilmiş tikili tüfeyli həyat tərzi sürənlərin və narkotik istifadəçilərinin məskəninə çevrilib.

Xoşagəlməz mənzərənin olduğu bu məkan Nərimanov rayonu Elçin İsaqzadə küçəsindədir.

Ərazinin yaxınlığında yaşayan sakinlər də yaranan vəziyyətdən çox narahat olduqlarını bildirirlər. Xüsusilə də azyaşlı uşaqları küçəyə buraxmağa qorxduqlarını deyirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, ərazi daim polis nəzarətindədir.

Nazirlikdən o da qeyd edildi ki, binaya kənar şəxslərin girişi məhdudlaşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar