Dayan və yol ver nişanları olsa da, avtomobillərin hərəkəti olduqca çətindir. Səbəb isə prospektlə küçənin kəsişdiyi ərazidə qarşı tərəfdən gələn avtomobillərin görünməməsidir.
Xezerxeber.az xəbər verir ki, görüntülər Göyçaydandır. Rayon mərkəzində Heydər Əliyev prospekti bir neçə küçə ilə kəsişir. Prospektin küçələrdən biri ilə kəsişməsində isə vəziyyət qəlizdir.
Sürücülərin sözlərinə görə, ərazidə tez-tez qəzalar baş verir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Mübariz Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən yol kəsişməsində qəzalı vəziyyəti ərazi üzrə xidmət aparan yol polisi əməkdaşları mütəmadi olaraq öyrənirlər.
Təhlükəsizliyin təmin edilməsi üçün müfaviq qabaqlayıcı tədbirlər görülür. Nəqliyyat axınının tənzimlənməsi məqsədilə nizamlayıcı qismində işıqfor quraşdırılması məsələsinə isə bir qayda olaraq aidiyyəti quurmlarla birgə müvafiq monitorinq və qiymətləndirmə işləri aparıldıqdan sonra baxılır. Normativ tələblərə uyğun olduğu təqdirdə həmin ərazidə işıqfor quraşdırıla bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.