Xəzər Xəbər

Şəmkirin Aşağı Seyfəli kəndinin sakinləri qazın olmamasından ŞİKAYƏTÇİDİR VİDEO

Veb TV | 21:50 • 30 İyul 2024
Şəmkirin Aşağı Seyfəli kəndinin sakinləri qazın olmamasından ŞİKAYƏTÇİDİR

Xətlər çəkilib, lazımi avadanlıqlar quraşdırılıb, lakin qaz verilmir…

Xezerxeber.az-ın xəbərinə görə, görüntülər Şəmkirin Aşağı Seyfilı kəndindəndir.

Sakinlər bildirirlər ki, odunla həm yemək bişirirlər, həm də qışda evləri isidirlər. Bir müddət əvvəl kəndə qaz xətləri çəkilib, lakin mavi yanacaq verilmir.

Onlar deyir ki, bir müddət əvvəl qaz çəkilişi ilə bağlı podratçı şirkət onlarla görüşüb və layihə-smeta işləri üçün hər evdən pul yığıb.

Sakinləri narahat edən məsələyə Azəriqaz İstehsalat Birliyindən də münasibət bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar