Xəzər Xəbər

Yeni yaradılan nəqliyyat mübadilə mərkəzinin üstünlükləri NƏ OLACAQ? VİDEO

Veb TV | 21:45 • 30 İyul 2024
Yeni yaradılan nəqliyyat mübadilə mərkəzinin üstünlükləri NƏ OLACAQ?

"Koroğlu" metrostansiyası yanında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradılıb.

Xezerxeber.az xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Orucovun sözlərinə görə, nəqliyyat mübadilə mərkəzinin yaradılmasında məqsəd sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması və rahat gediş-gəlişinin təmin edilməsi eyni zamanda nəqliyyat sıxlığının azaldılmasıdır.

Multimodal mübadilə mərkəzində taksi minik avtomobilləri üçün də duracaq yaradılıb.Minik avtomobilləri üçün quraşdırılan yeni duracaq isə 200-ə yaxın avtomobilin parkinqi üçün nəzərdə tutulub. Eyni zamanda ərazidə elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələrinin quraşdırılması da planlaşdırılır.

Metrostansiyanın cənub çıxışında dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılıb.

İlkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 15 müntəzəm marşrut xətti üzrə 200-ə yaxın avtobusun fəaliyyət göstərməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar