Xəzər Xəbər

İsmayıllıda bina sakinlərinin sənəd problemi HƏLL OLUNMUR VİDEO

Veb TV | 21:35 • 30 İyul 2024
İsmayıllıda bina sakinlərinin sənəd problemi HƏLL OLUNMUR

48 ailə mənzillərinə çıxarış ala bilmir.

Xezerxeber.az-ın xəbərinə görə, İsmayıllı rayonu Xurşidbanu Natavan küçəsində yaşayan sakinlər mənzillərinə çıxarış verilmir. Sakinlər iddia edir ki, 4 ildir ki,  sözügedən binaya köçürülüblər. Ancaq hələ də onların  sənəd problemi həll olunmur.

Sakinlər mənzil problemləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini bildiriblər.

İsmayıllı Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sözü gedən yaşayış binası ilə bağlı müvafiq sənədləşmə işləri aparılıb. Bina istismara qəbul olunaraq əmlak məsələləri dövlət   xidmətinə təqdim olunub. Lakin binanın yerləşdiyi ərazi ilə bağlı mülkiyyətçinin  müvafiq qərarı olmadığı üçün binanın dövlət qeydiyatına alınmağı ləngidilir.

Hazırda həmin problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür deyə bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar