Xəzər Xəbər

Şəhərin mərkəzində aparılan söküntü işlərində sakinlərə 1250 manatdan kompensasiya TƏKLİF OLUNUR VİDEO

Veb TV | 21:25 • 30 İyul 2024
Şəhərin mərkəzində aparılan söküntü işlərində sakinlərə 1250 manatdan kompensasiya TƏKLİF OLUNUR

Paytaxtın Xətai rayonunda başlayan söküntü işləri davam etdirilir.

Xezerxeber.az-ın xəbərinə görə, hazırkı istiqamət Babək prospektinin başlanğıcından start götürüb.

İş icraçıları gözə dəyməsə də, ərazidə yaşayan sakinlərdən öyrəndik ki, söküntü işləri məhəllələrin içərisinədək uzanır və yeni layihə gerçəkləşdirlir. Evlər sökülür, sakinlər köçürülür.

Süleyman Vəzirov küçəsi 49  ünvanın sakinləri iddia edirlər ki, 106 ailədən yalnız 36-sı köçürülüb. Onların sözlərinə görə, fərdi evlərin söküntüsü zamanı əhaliyə yeni tikiləcək binalarda mənzillər yox, kompensasiya təklif olunur.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirldi ki, layihə Ağ şəhərin perespektiv planındadır. İşlər istismar müddəti bitmiş evlər və obyektlərlə müqavilə bağlanaraq vəsait ödəməklə, qarşılıqlı razılaşma əsasında həyata keçirlir. Narazı sakinlər isə komisiyyaya dəvət olunurlar.

Onların şikayətləri dinlənilir, yenidən evlərin ölçüsü götürülür. Bu əsasla da köçürülmə prosesi davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar