Xəzər Xəbər

Sumqayıtda uşaq xəstəxanasında arayış almaq üçün uzun növbələr yarandı – Vətəndaşlar NARAZIDIR VİDEO

Veb TV | 21:20 • 30 İyul 2024
Sumqayıtda uşaq xəstəxanasında arayış almaq üçün uzun növbələr yarandı – Vətəndaşlar NARAZIDIR

Vətəndaşlar həkimin qəbuluna düşmək üçün arayış almaq istəyir, amma növbə o qədər çoxdur ki, heç tərpənmək də olmur.

Xezerxeber.az-ın xəbərinə görə, görüntülər Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 5 saylı Uşaq Xəstəxanasının poliklinika şöbəsindəndir.

Çəkiliş apararkən məlum oldu ki, bir arayışı almaq və həkim qəbuluna yazılmaq üçün insanlar saatlarla vaxt itirirlər.

Mövcud problemlə əlaqədar Sumqayıt Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, hal-hazırda sağlamlıq haqqında arayışlara müraciətlərin sayı artıb. Bu isə məktəb, məktəbəqədər müəssisələrə və bağçalara qəbulla əlaqədardır.

Sumqayıt Tibb Mərkəzindən o da bildirilib ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar