Aviabilet qiymətləri kəskin bahalaşıb.
Xezerxeber.az xəbər verir ki, bu artım Rusiyadan Azərbaycana eləcə də Azərbaycandan Rusiyaya olan uçuşlarda daha çox hiss olunur.
Belə ki, bilet qiymətinin ən baha olduğu istiqamət Novosibirsk şəhəridir.
Ekspertlər bu artımı çoxlu sayda rus turist kütləsinin Avropaya çıxışının məhdudlaşdırılması ilə əlaqələndirirlər.
Sıxlıq xüsusən də yay aylarında, iyun, iyul, avqustda ənənəvi olaraq hər il yaşanır. Ekspertin sözlərinə görə növbəti aylarda qiymətlər ucuzlaşacaq.
Ekspertlər qiymət artımının qarşısını almaq üçün vətəndaşlara biletlərin bir neçə ay əvvəldən almağı məsləhət görürlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.