Xəzər Xəbər

Mingəçevir su anbarında suyun səviyyəsi artıb VİDEO

Veb TV | 20:44 • 29 İyul 2024
Mingəçevir su anbarında suyun səviyyəsi artıb

Mingəçevir su anbarında suyun səviyyəsi artıb.

Bunu "Xəzər Xəbər"ə Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin baş məsləhətçisi Sarvan Ağayev deyib.

O bildirib ki, Mingəçevir su anbarında əvvəlki illərlə müqayisdə suyun səviyyəsi xeyli artıb. Amma bu ayda azalma müşahidə edilir. Buna səbəb son aylarda anbarın suyundan suvarmada geniş istifadə edilməsidir.

Sarvan Ağayevin sözlərinə görə, tələbatın artması nəzərə alınaraq anbardan Kür çayına, Qarabağ və Şirvan suvarma kanallarına ötürülən suyun həcimi artırılıb.

Qeyd edilib ki, bu ayın əvvəlindən sonuna qədər Mingəçevir su anbarının səviyyəsində təqribən yarım metrə qədər azalma olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti