Xəzər Xəbər

Tikinti materialları bahalaşıb VİDEO

Veb TV | 21:12 • 29 İyul 2024
Tikinti materialları bahalaşıb

Azərbaycanda tikinti materiallarının qiyməti artıb. Satıcıların sözlərinə görə, yanacağın bahalaşması daşma qiymətlərinə təsir edib.

Xezerxeber.az-ın məlumatına görə, tikinti bazarında durğunluq olsa da, məhsullar baha təklif edilir.

Qiymət artımı kərpic və mişar daşından da yan keçməyib. Kərpicdə 15 faiz, mişar daşında isə 20-30 faiz bahalaşma var.

Daşıma ilə məşğul olan şəxslər də qiymətləri 10-15 manat artırıblar.

Satıcıların sözlərinə görə, xaricdən gələn bəzi materialların ehtiyatda az olması da qiymətlərə təsir edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar