Xəzər Xəbər

Yeni dələduzluq növü yayılıb XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 21:25 • 29 İyul 2024
Yeni dələduzluq növü yayılıb

Son vaxtlarda yeni dələduzluq növü ortaya çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, süni intellekt vasitəsilə bank əməkdaşı, ailə üzvü, qohum adından danışıqlar aparıla bilər.

Zəng vurur, özünü sizin doğmalarınızdan biri kimi təqdim edirlər. Bank məlumatlarınızı öyrənir, saniyələr içərisində sizə aid olan vəsaiti ələ keçirirlər.

naməlum şəxslərin təklifləri, qazanc vədləri də vətəndaşları tələyə sala bilir. Bu səbəbdən də Daxili İşlər Nazirliyi bank kartı ilə əlaqəli şəxsi məlumatları heç kimə verməməyi tövsiyə edir.

Qeyd edilir ki, kibercinayətkarlar qurbanlarını sosial şəbəkələr üzərindən daha asanlıqla seçə bilirlər.  

Daxili İşlər Nazirliyindən bildirilir ki, bu kimi hallarla qarşılaşan vətəndaşlar dərhal "102-zəng mərkəzi" xidmətinə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti