Taksilərlə bağlı islahatlardan sonra, maşınlarının qoyulan bəzi şərtlərə uyğun gəlməməsi səbəbindən birçox sürücü xidmətdən kənar qalıb.
Xezerxeber.az-ın xəbərinə görə, bu günlərdə bu sürücülərin avtobus sürücüsü kimi işləyə biləcəklərinə dair təklif səsləndi.
Yəni ölkədə avtobus sürücüsünə ehtiyac var.. bəs bunun üçün şərtlər nədir?
Sürücülər isə avtobus sürücüsü kimi işləməyin məsuliyyətdən əlavə maaşın da onlara sərf etmədiyini deyir
Eskpertlərin fikrincə taksi sürücülərinin əksəriyyətinin D kateqoriya vəsiqəsi yoxdur. Digər tərəfdən isə, bu peşə ağır, qazancı isə azdır.
Nəqliyyat eksperti Aslan Əsədov qeyd edib ki, taksi xidməti göstərənlərin əksəriyyətinin əlavə iş yeri var idi. Tək bu işlə məşğul olmur, vaxtları olduqca, taksi fəaliyyəti ilə məşğul olurdular. Amma, avtobusla həmin qrafiklə işləyə bilməzlər.
Xezerxeber.az ətraflı videomaterialı təqdim edir.