Rayonlara leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək.
Xezerxeber.az xəbər verir ki, sabah bölgələrdə hava şəraiti ilə bağlı məlumatlar açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir
Bakıda və Abşeron yarımadasında isə dəyişkən buludlu və yağmursuz keçsəcək
Qeyd edək ki, ölkə ərazində müşahidə olunan qeyri-sabit hava şəraiti iyulun 29-u axşamadək davam edəcək.
Bu arada Ekologiya və təbii sərvətlər nazirliyi hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib. Nazirliyin mətbuat katibi İradə İbrahimovanın sözlərinə görə, sel-daşqın hadisələrinin olması ehtimalı barədə hidrometeoroloqlar tərəfindən verilən xəbərdarlıqlar diqqətə alınmalı, daşqın yarana biləcəyinə görə, çay vadilərində və ona yaxın yerlərdə dayanmağın təhlükəsi nəzərə alınmalıdır.
Xezerxeber.az ətraflı videomaterialı təqdim edir.