Evlərə həyətlərə su dolub, avtomobillər yolda qalıb, piyadaların hərəkəti çətinləşdirib...
Xezerxeber.az xəbər verir ki, yağıntılı hava şəraiti Tovuzda da fəasadlara yol açıb. Rayonun avtomobil keçidinə su dolub. Nəticədə avtomobillərin hərəkətində çətinliklər yaşanıb. Aidiyyatı qrumlar tərəfindən tuneldən su çəkilməsinə başlanılıb.
Rayonun yeganə piyada keçidi də sel suları ilə dolub.Burada da piyadaların hərəkəti iflic vəziyyətə düşüb. Aramsız leysan xarakterli yağışlar nəticəsində yarana sel evlərə və zirzəmilərə dolub.
Goranboyda da güclü yağışın ardından yaranan sel suları küçələrdə hərəkəti çətinləşdirib. Görüntülər rayonun dağlıq hissəsi olan Aşağı Ağcakənd qəsəbəsində lentə alınıb. Leysan yağışdan sonra sel suları küçələri keçilməz edib. Təbiət hadisəsi avtomobillərin, həm də piyadaların hərəkətini çətinləşdirib.
Ötən gün axşam saatlarından başlayaraq cənub bölgəsində də yağışlı hava şəraiti müşahidə olunur.
Bu gün səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələrə dolub. Şəhərin əsas mərkəzi küçələri, eləcə də 2 və 3 saylı məktəblərinə gedən yollar, bazar küçələri sel suları ilə dolub.
Astara rayonunun ucqar dağ kəndi, Diqoli kəndində elektrik dirəkləri aşıb. İki inəyi cərəyan vurub.
Elektrik naqilləri kənd sakinləri Xanəhməd Şabanov və Elsevər Hüseynova məxsus inəklərin üstünə düşüb. Sakinlərə ümumilikdə 3000 manata yaxın ziyan dəyib.
Əlverişsiz hava şəraitinə baxmayaraq əraziyə texnika və işçilər cəlb olunub. Görülən işlər nəticəsində problem aradan qaldırılıb.
Oğuz rayonu ərazisində davam edən qeyri-sabit hava şəraiti Mollalı kəndində fəsadlara səbəb olub.
Yaşayış evlərinin zirəmiləri, köməkçi tikililər su ilə dolub,yollar dağılıb,həyətyanı təsərrüfatlar gil, qum altında qalıb.
4 gündür qısa fasilələrlə yağan güclü leysan yağıçları,nəticəsində Mollalı kəndinin yaxınlığından keçənTüryançay çayında sel yaranmasına səbəb olub. Çayda suyun səviyyəsi artaraq kənd ərazisinə daxil olması, eləcə də dağlardan gələn toplanmış yağış suları kənd sakinlərin şəxsi təsərrüfatlarına ziyan vurub, ev quşlarını sel aparıb.
Rayon və kənd rəhbərliyi tərəfindən ziyan dəyən ərazilərə baxış keçirilib. Hazırda da qeyri-sabit hava şəraiti davam edir, ağır texnikalar vasitəsi ilə Türyançay çayında profilaktik işlər aparılır.
Son günlər yağan intensiv yağışlar nəticəsində Qəbələ rayonun Dandıx və Solquca kəndlərinə gedən yol dağılıb. Abrıx və Tikanlı kəndlərində də sel fəsadlar törədib.
Mıxlıqovaq kəndindən Solquca istiqamətində 500 metrə qədər yolu iri maşınlarla gəlmək mümkün olsa da,sel nəticədə Tikanlı çayının təxminən 2 kilometrə qədər böyüyən yatağını iri maşınlarla demək olar ki çətinliklə keçmək olur.
Qəbələ rayon İcra Hakimiyyətindən bildirilib ki rayonda olan bütün aydiyyatı qrumlar bir neçə gündür gücləndirilmiş iş rejimində çalışırlar. Ağır texnikalarla Tikanlı, Solquça və Dandıx kəndlərinə gedən yollarda iş aparılır.
Aramsız yağan yağış Gəncəçayda suyun səviyyəsini artırdı, yollarda maşınlara, evlərdə sakinlərə çətinlik yaratdı.
Məsələ ilə bağlı Gəncənin əlaqədar qurumları tədbirlər görməyə başlayıblar.
Yağışlı havaların hər dəfə fəsad yaratdığı ünvanlardan biri də Gəncə şəhəri Məhsəti qəsəbəsi Müşfiq Adıgözəlov küçəsidir. Burada sakinlər yollara yığılmış yağış sularının evlərə dolmasının qarşısını almaq üçün torpaq sədlər çəkiblər.
Bölgədə yağışlı havanın davam edəcəyi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.