Xəzər Xəbər

Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb VİDEO

Veb TV | 20:25 • 27 İyul 2024
Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət edənlərdən 1141-nin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

MSK-nın bu gün keçirilən iclasında çıxış edən Məzahir Pənahov həmçinin vurğulayıb ki, Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1255 nəfər müraciət edib. Onun sözlərinə görə, indiyə qədər 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Namizədliyi irəli sürülən 1255 nəfər arasında 454 nəfər 25 siyasi partiyanın nümayəndəsi var.

Ümumilikdə 516 namizədin siyasi partiya mənsubiyyəti var.

O, iclasda deputatlığa namizədlərə də xəbərdarlıq edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar