Xəzər Xəbər

Bakı sakini avtomobilini öz adına sənədləşdirə bilmir - O, AYNA-dan şikayətçidir VİDEO

Veb TV | 21:12 • 27 İyul 2024
Bakı sakini avtomobilini öz adına sənədləşdirə bilmir - O, AYNA-dan şikayətçidir

Bakı sakini Araz Cavadov 2 ay öncə aldığı avtomobili öz adına sənədləşdirə bilmir.

Onun iddiasına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən ona bildirilib ki, əgər avtomobilin texniki şəhadətnaməsi onun öz adına olarsa, taksi fəaliyyəti üçün aldığı icazə ləğv olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, müsahibimiz deyir ki, AYNA-ya müxtəlif vaxtlarda müraciət etsə də, hər zaman cavab eyni olub.

Məsələni araşdırmaq üçün AYNA-ya müraciət etdik. Qurumdan bizə əksini söylədilər. Bildirildi ki, vətəndaş nəqliyyat vasitəsini öz adına keçirərkən taksi fəaliyyəti üçün aldığı icazə ləğv edilmir. Yəni vətəndaş Araz Cavadov avtomobilinin texniki şəhadətnaməsini öz adına sənədləşdirə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar