Xarici səyyahların işğaldan azad olunmuş ərazilərə səfəri davam edir.
Xezerxeber.az-ın məlumatına görə, bir qrup beynəlxalq səyyah işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində Cəbrayıl rayonundakı Xudafərin körpüsündə olub. Əcnəbi səyyahlara körpünün tarixi və vaxtilə Böyük İpək Yolunda oynadığı vacib rol haqqında məlumat verilib.
Beynəlxalq səyyahlar Cəbrayıldan sonra Füzuli rayonuna səfər ediblər.
Füzulinin işğaldan azad edilmiş Kənd Horadiz kəndinə gələn qonaqlar ərazidə aparılan minatəmizləmə əməliyyatları ilə tanış olublar. Burada onlara işğal dövründə Ermənistan ordusunun ərazini mina və partlamamış döyüş sursatları ilə çirkləndirməsi barədə ətraflı məlumat verilib. Beynəlxalq səyyahların müşahidəsi ilə ərazidə aşkar edilmiş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyatı da həyata keçirilib.
Qeyd edək ki, son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.