Xəzər Xəbər

İsmayıllıda şəhərdaxili avtobusların fəaliyyətində ciddi problemin yaşanmasına SƏBƏB NƏDİR? VİDEO

Veb TV | 21:11 • 26 İyul 2024
İsmayıllıda şəhərdaxili avtobusların fəaliyyətində ciddi problemin yaşanmasına SƏBƏB NƏDİR?

Bir müddətdir ki, İsmayıllı rayonunda şəhərdaxili avtobusların fəaliyyətində ciddi problem yaşanır.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyirlər ki, şəhərdaxili avtobuslar demək olar ki, yoxa çıxıb. Əvvəllər xeyli avtobus fəaliyyət göstəsə də, indi cəmi 1-2 nəqliyyat vəsitəsi hərəkət edir.

Sakinlər bildirirlər ki, avtobusların olmaması səbəbindən ya piyada gedirlər, ya da taksidən istifadə edirlər. Bu da onlar üçün sərfəli deyil.

Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, şəhərdaxili avtobuslar əvvəllər "As Finance" MMC tərəfindən xəttə buraxılıb.

Sonra isə Avtovağzal başqa bir sahibkarın öhdəliyinə keçib. Avtovağzalı özəlləşdirən sahibkarın da şəxsi marşrutu olmadığından şəhərdaxili avtobuslar xəttə buraxılmır.

Rayon icra hakimiyəti tərəfindən bir neçə sahibkarla söhbət aparılıb. Məsələnin yaxın müddətdə həlini tapacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar