Benzinin və dizelin qiymətinin artımından sonra bəzi sürücülər iddia edirlər ki, avtomobilin yürüş məsafəsi xeyli azalıb. Onlar istifadə etdikləri Aİ-92 və dizel yanacağının sərfiyyatının artdığını, aldıqları yanacağın daha tez bitdiyini bildirirlər.
Xezerxeber.az-ın məlumatına görə, avtomobil ustaları da son vaxtlar sürücülərin avtomobillərdə benzinin və dizelin sərfiyyatının artması ilə bağlı müraciətlərinin artdığını bildirirlər.
Məsələ ilə bağlı Dövlət Neft Şirkətindən bildirilib ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 etilsiz avtomobil benzinləri texniki standartlarına cavab verir: “Bunu nəzərə alaraq, Aİ-92 benzininin daha tez sərf olunması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Yay aylarında sürücülərin avtomobil kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları kimi məsələlər benzinin daha çox sərfiyyatına səbəb ola bilər".
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.